12 C
Bakı
28 Mart 2026 13:54
Cəmiyyət

Çörəkdən siqaret kötüyü çıxdı: AQTA hərəkətə keçdi

Fevralın 6-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mustafa Məlikov küçəsində yerləşən “Ruzi” marketdən çörək alan Y.Məhəmmədoğlu biabırçı hadisə ilə qarşılaşıb.

 

“Qarabağ çörək zavodu”na məxsus çörəyi kəsəndə qarşılaşdığı mənzərə onu şoka salıb.

Y.Məhəmmədoğlu qeyd edib ki, çörəyin içindən siqaret kötüyü çıxıb.

 

Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qeyd olunan məsələ qurumun regional bölməsi tərəfindən nəzarətə götürülüb.

 

Agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.

Oxşar xəbərlər

Keçmiş deputat Sahil Babayevin müşaviri oldu

redaktor

Epilepsiyalı uşaqları Yeni il yolkasından uzaq tutun – Həkim

redaktor

“Hansısa milli danabaş qadın məni qalstuklu molla adlandırırsa…” – Fazil Mustafa

admin