12 C
Bakı
28 Mart 2026 01:49
Dünya

Çin yük gəmisi  qəzaya uğradı – fövqəladə vəziyyət elan edildi – VİDEO

Rusiya regionunun rəhbəri Valeri Limarenkonun sözlərinə görə, Çin gəmisi “An Yan 2” Saxalin sahillərində qəzaya uğrayıb.

 

Tacxeber.com xəbər verir ki, hadisə 8 fevral tarixində Nevelsk dəniz limanı yaxınlığında baş verib.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, gəmidə 56 ton dizel yanacağı, 706 ton mazut və min ton kömür var. Gəmi zədələnib, lakin yanacaq sızması qeydə alınmayıb.

 

Xilaskarlar güclü fırtına səbəbindən hələ ki, gəmiyə yaxınlaşa bilməyiblər. Hadisə ilə əlaqədar Saxalinin Nevelsk rayonunda bələdiyyə səviyyəsində fövqəladə vəziyyət rejimi elan edilib.

 

Oxşar xəbərlər

“İran Bakıda yəhudi dini icmasının sədrinə qarşı suiqəsd hazırlayıb” – The Washington Post

admin

Yeniyetmənin intiharı ardından “OpenAI” “ChatGPT”i yeniləməyi planlaşdırır

redaktor

Zelenskinin Ukraynada döyüşən rus hərbçilərə iki təklifi var

redaktor