21 C
Bakı
23 İyun 2025 04:55
Cəmiyyət

Bakının Şərifzadə küçəsinin bitməyən problemi – Video

Baku TV-nin “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.

 

Bu dəfə Bakının Şərifzadə küçəsində “İnşaatçılar” metro stansiyasının keçidlərindən birinin ətrafında yaşanan problem barədə məlumat verilib.

 

Bildirilib ki, metro stansiyaya giriş həm də yeraltı keçid funksiyasını daşıyır. Lakin bəzi piyadalar qısa olsun deyə avtomobil yolundan keçirlər:

 

“Gün ərzində bu nöqtədə kifayət qədər qəza şəraiti yaranır. Avtobus zolağında dayanan piyadalar, avtomobillərin önünə atılanlar, hərəkət hissəsində sərnişin mindirib-düşürən sürücülər, bir sözlə, bu ərazidə xaotik vəziyyət hökm sürür”.

 

O da qeyd olunub ki, avtobus zolağının salınması avtomobillərin sərnişin mindirib-düşürməsini mümkünsüz edir:

 

“Yaxşı olar ki, bu qədər ictimai iaşə obyektinin olmasını nəzərə alaraq avtomobillərin parklanması üçün əlavə şərait yaradılsın. Bundan başqa, piyadaların rahat hərəkətinin təmin olunması üçün metro stansiyasının girişlərində eskalator və ya pandusların quraşdırılması vacibdir”.

Daha ətraflı süjetdə:

Tacxeber.com

Oxşar xəbərlər

Hər il Naxçıvana ad gününə gedirdilər, amma bu il…

admin

Polis rəisi qəza törədib, hadisə zamanı həyatını itirən şəxsin həkim olduğu bildirilir.

admin

Ailəsinin imtina etdiyi Ruslana kim sahib çıxıb? – Video

redaktor