28 C
Bakı
12 Avqust 2025 19:22
Cəmiyyət

Süni intellektlə hazırlanan videolarla bağlı XƏBƏRDARLIQ – İnsanların şəxsi həyatı…

Süni intellektlə hazırlanan videolarla bağlı xəbərdarlıq edilib.

 

Tacxeber.comxəbər verir ki, Anadolu Universiteti Sosial Media və Rəqəmsal Təhlükəsizlik Təhsil, Tətbiq və Araşdırma Mərkəzi (SODİGEM) bu videoların məxfilik prinsipini pozduğu haqda məlumat yayıb.

 

Bildirilib ki, süni intellekt tətbiqi sosial şəbəkə hesablarında paylaşılan tək foto ilə çox real videolar hazırlaya bilir. Bu da fərdlərin məxfiliyinin pozulması deməkdir. Qeyd edilib ki, tətbiq üz və bədən hərəkətlərini daha təbii və real şəkildə canlandıra bilir.

 

Tətbiq yeniliklərlə yanaşı risklər də daşıyır. Belə ki, “OmniHuman-1” süni intellekt tətbiqi insanların aldadıcı, saxta məzmun yaratmasında vasitəçi ola bilər.

 

Bu tətbiqin gətirdiyi yenilik və təhlükədən ən çox medianın ziyan gördüyü də qeyd edilib. Belə ki, tətbiq xəbərlərin süni intellektlə müxtəlif dillərdə təqdimatından, arxiv görüntülərinin canlandırılmasına qədər geniş imkanlara malikdir. Ölən aktyorların yenidən filmlərdə rol almasına və iş proseslərinin bir çox fərqli mərhələlərində qənaət təmin edilməsinə, real aktyorlar yerinə modellər, kaskadyorlar və hətta səs aktyorları ilə yaradılan personajların istifadəsinə şərait yarada bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Bakının bu küçəsində kirayə evlər od qiymətinədir – Buna görə imiş…

redaktor

AZAL-a yeni prezident təyin edildi – SƏRƏNCAM

redaktor

“Qanun qarşısında cavab versinlər” – Ayağı amputasiya olunan aktyor – VİDEO

admin