23 C
Bakı
22 İyun 2025 20:51
Cəmiyyət

Sahil Babayevdən ilk xəbərdarlıq: Bu şəxslər işdən çıxarılacaq

Xəbər verdiyimiz kimi, maliyyə naziri vəzifəsinə təyin olunmuş Sahil Babayev fevralın 7-də kollektivə təqdim olunub.

 

Modern.az saytının əldə etdiyi məlumata görə, yeni nazir Maliyyə Nazirliyinin Aparatında kollektivlə ilk iclasını keçirib.

 

Sahil Babayev hazırda Maliyyə Nazirliyində çalışan kadrlarla yola davam etmək istədiyini bildirib. O, köhnə komandadan işinə məsuliyyətlə yanaşan heç kimin vəzifədən azad edilməyəcəyinə söz verib. Yeni nazir işə can yandırmayanlarla yolları ayırmalı olacaqlarını da qeyd edib.

 

Xatırladaq ki, Sahil Babayev fevralın 6-da əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək, maliyyə naziri postuna təyin olunub.

 

Maliyyə Nazirliyindəki hazırkı heyət keçmiş maliyyə naziri Samir Şərifovun vaxtında formalaşıb. Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad olunub və Baş nazirinin müavini təyin edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda fahişəliklə məşğul olan iranlı tələbələr ölkədən qovuldular

redaktor

Ramiz Mehdiyevin kürəkəni sahibkarın bağ sahəsini zəbt etməkdə ittiham olunur

admin

Əkrəm Həsənov: “Qadına yerini dərhal göstərmək, başa düşməyənə “давай, до свидания” demək lazımdır”

redaktor