28 C
Bakı
13 Avqust 2025 18:46
Dünya

Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı

NASA-nın Yerətrafı Obyektlərin Tədqiqatı Mərkəzinin astronomları həyəcan təbili çalır: son hesablamalara görə, 2024 YR asteroidinin planetimizlə toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artıb.

Bu barədə “The Guardian” məlumat verib.

 

Mütəxəssislərin hesablamalarına görə, 2032-ci ildə baş verə biləcək kosmik obyektin Yerlə toqquşma ehtimalı hazırda 2.3% təşkil edir. Bundan əvvəl asteroidin zərbə ehtimalı 1.3% təşkil edirdi.

 

2024 YR4 ilk dəfə 27 dekabr 2024-cü ildə Çilidəki “El Sauce” rəsədxanasında aşkar edilib. Astronomların hesablamalarına görə, onun diametri 40-90 metr arasındadır. Yeni ilə qədər o, NASA tərəfindən xüsusi diqqət tələb edən obyekt kimi qeyd edilib.

 

Futbol meydançası ölçüsündə olan asteroid “şəhərqıran” kateqoriyasına aid edilib. Mütəxəssislərin hesablamalarına görə, onun atmosferdə partlayışının gücü Xirosima bombasından 500 dəfə çox olacaq. Alimlər bildiriblər ki, nəticələr düşmə yerindən asılı olacaq. Mümkün zərbə zonaları Sakit və Atlantik okeanları, Cənubi Amerika, Afrika və Cənubi Asiya göstərilir. Elm adamlarının sözlərinə görə, asteroidin zərbəsi krater yaratmayacaq, lakin böyük şəhəri məhv edə bilər. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Tramp və Si Cənubi Koreyada keçiriləcək APEC sammitindən əvvəl və ya zamanı görüşə bilər

redaktor

Turistlərin özlərini arzuolunmaz qonaq kimi hiss etdiyi 10 ölkə – SİYAHI

admin

Atatürkün ölümünün sirri – Ömrü boyu bu xəstəliklərlə mübarizə aparıb

admin