24 C
Bakı
22 İyun 2025 11:51
Dünya

Təyyarə küçədə insanların üzərinə düşdü – Braziliyada – Video

Braziliyanın San-Paulu şəhərində kiçik təyyarə insanların sıx olduğu küçədə avtomobillərin üzərinə düşüb.

 

Tacxeber.com xəbər verir ki, qəza “King Air F90” model təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra təcili eniş etmək istəyərkən baş verib.

 

İlkin məlumata görə, təyyarə küçədə avtobusa çırpılıb və nəticədə yanğın baş verib.

 

Qəza zamanı iki nəfərin öldüyü bildirilir.

 

Təyyarənin vurduğu avtobus sürücüsü və həmin vaxt oradan keçən motosikletçi xəsarətlər alsa da, sağ qalıblar.

 

Hadisə zamanı avtobusda sərnişin olmayıb.

 

Təyyarədə neçə nəfərin olduğu hələlik bəlli deyil və kiminsə sağ qalma ehtimalı azdır.

 

Oxşar xəbərlər

Putindən Netanyahuya hörmətsizlik, əlini sıxmadı – VİDEO

redaktor

Rusiyalı alimlər 3D printerdə əsl ət çap ediblər

redaktor

Rusiyalı oliqarxlardan tələb edildi: Çox varlısınız, müharibə üçün pul göndərin

redaktor