28 C
Bakı
11 Avqust 2025 20:10
Dünya

NATO körfəzlərdə Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ

“NATO Pribaltikada Rusiyanın qarşısını almağa çalışır”.

 

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Dəniz İdarə Heyətinin sədri Nikolay Patruşev bildirib.

 

“NATO-nun Baltikyanı, Finlandiya körfəzində anqlosakslar tərəfindən koordinasiya edilən hərəkətləri Leninqrad və Kalininqrad vilayətlərindəki limanlarımızın işini iflic etmək məqsədi ilə Rusiyanı blokadaya almaq cəhdlərini əks etdirir”, – o bildirib.

 

Patruşev əlavə edib ki, NATO ölkələri terror üsullarından istifadə edir. Nümunə olaraq o, piratların Baltik dənizində “Eagle S” gəmisini qaçırmasını göstərib.

 

Ötən ilin dekabrında Finlandiya Sərhəd Xidməti Sankt- Peterburqdan çıxan “Eagle S” neft tankerini Baltik dənizində saxlayıb.

 

Yanvarın 22-də Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, 2024-cü ilin sonunda Baltik dənizinin dibində sualtı kabellərin zədələnməsi hadisəsi ilə bağlı araşdırmalar davam edir. Onun sözlərinə görə, hadisənin üç səbəbi nəzərdən keçirilir: təxribat, səhv və ya bacarıqsızlıq.(publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

İsrail hücumları nəticəsində öldüyü deyilən Hizbullah-ın “müdafiə naziri” SAĞDIR

redaktor

İran silkələnir, hər yerdə aksiya, binalara od vuruldu – Video

admin

İsrail əsgərləri Əl-Cəzirə kanalının ofisinə basqın etdi

redaktor