2 C
Bakı
11 Fevral 2026 03:17
Cəmiyyət

Sevinc Heydərovanın lisenziyası ləğv edildi

Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası ləğv edilib.

Tacxeber.com-ın Lent.az-a istinadən məlumatına görə, bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib.

 

Qərara əsasən, Sevinc Heydərovanın plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub.

 Sevinc Heydərova ilə bərabər 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib.

 

Lent.az Sevinc Heydərova ilə əlaqə saxlamağa çalışsa da telefona köməkçisi cavab verib.

 

O, saytımıza açıqlamasında hazırda işləmədiklərini və Sevinc Heydərovanın ölkə xaricində olduğunu, bir ay sonra qayıdacağını qeyd edib.

 

Köməkçisi Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu bildirib.

 

“İnternational Medical Centre”dən bu barədə açıqlama verilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Daha bir jurnalistin ölkədən çıxışına qadağa qoyuldu

admin

Azərbaycan kripto sıralamasında tutduğu yerə diqqət edək

admin

“Atam erməni qonşumuza deyirdi ki, Sergey, Zəngəzuru sizdən alacağıq”

redaktor