24 C
Bakı
22 İyun 2025 16:19
Mədəniyyət

Əlisa Nicat: Mənə 1 milyon verirdilər ki, tərif yaz

“Allaha and olsun, hətta xahiş etdilər ki, sənə 1 milyon verərik, filankəsə 1 səhifə tərif yaz”.

 

Tacxeber.com pravda.az-a istinadla xəbər verir ki, bunu “Səməd Vurğun yaltaq idi” fikirlərinə görə bir neçə gündür tənqid və və təhqirlərə üzləşmiş yazıçı Əlisa Nicat bildirib.

 

O, yenidən Xalq şairi barədə sərt ifadələr səsləndirərək onu özü ilə müqayisə edib:

 

“Dünyada indiyə qədər 1 milyon şair, yazıçı, filosof olub. Onun qədər heç kim bu qədər açıq-aşkar dövlətə, hakimiyyətə tərif yazmayıb. Bəs mən niyə heç kimə tərif yazmıram? Mənim tərifimi gözləyirlər. Allaha and olsun, hətta xahiş etdilər ki, sənə 1 milyon verərik, filankəsə 1 səhifə tərif yaz. Yazmadım. Bu saat evimdə heç nə yoxdur, 10 manat pulum qalıb. Bilmirəm, soğan alım, ya kartof. Səməd Vurğun Azərbaycan tarixini rüsvay edib.

 

Mənim heç ordenim də yoxdur. 50 ildir külliyyatım dərc olunur, əldən-ələ gəzir. 12 fəlsəfi, siyasi, tarixi roman yazmışam. Azərbaycanda ilkdir. Süleyman Rəhimovlar, Mirzə İbrahimovlar belə şey yaza bilməyiblər. Azərbaycana neçə yeni janr gətirmişəm. Bütün Asiyada ən böyük fəlsəfə antologiyasını çap etdirmişəm. Bəs niyə mənə ayda 300 manat pensiya verirlər?”

Tacxeber.com

Oxşar xəbərlər

Beynini Amerikaya, meyitini Azərbaycana bağışlayan Lütfi Zadə

redaktor

Generala ərə getdi, 25 il sonra ilk sevgilisindən evlilik təklifi aldı (FOTO)

admin

Elxan Qasımov vəfat etdi

redaktor