13 C
Bakı
30 Mart 2026 13:06
Cəmiyyət

“Azercell”in tarifləri artırması tənqid olundu – “Narahatlıq doğurur…”

“Ölkədə ümumi süni bahalaşma fonunda “Azercell”in tarifləri kəskin qaldırması ciddi tənqid olunacaq məsələdir. Az qala elə bir parametr yoxdur ki, qiymətlər qalxmasın – ərzaq məhsulları, dərmanlar, xidməti sahələri… İnsanlar “Azercell” və digər mobil operatordan istifadə etməyə məcburdurlar. İnternetin sürəti isə çox aşağıdır. Bu, böyük narahatlıq doğurur. Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər? Az əməkhaqqı alırlar, dolanışıqları çətindir, pensiya ilə dolanırlar. Əlbəttə ki, onlar üçün bu, böyük yükdür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

“Hətta qonşu dövlətlərdə qiymətlər belə deyil. İnternetin sürətindən danışırıqsa, onlarda sürət bizdən artıqdır, keyfiyyəti də yüksəkdir. “Azercell” kimi digər şəbəkələrin xidmət haqqı çox aşağıdır. Məsələn, Rusiyada, Gürcüstanda, hətta Ermənistanda, Orta Asiyada bunu açıq şəkildə müşahidə edə bilərik. Camaatın gəliri qalxmadığı halda tariflərin bahalaşması ziyanlı məsələdir. Buna yaxşı baxmıram. Düşünürəm, müvafiq orqanlar bundan nəticə çıxarmalıdırlar. Axı bu nə deməkdir? Bu qədər tənqid olunur, süni qiymət artımına qarşı çıxılır, amma heç bir nəticə vermir. Deməli, bunun üçün daha ciddi, yüksək səviyyəli tədbirlər görmək lazımdır”, – Tahir Kərimli bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Çin maşınlarının mühərriklərində yaranan ciddi PROBLEMLƏR

redaktor

Naxçıvan aeroportunda nə baş verib? – Yeni görüntülər

admin

Ərdoğanın oğlu ailəsi ilə birlikdə Azərbaycanda dincəlir – FOTO

redaktor