30 C
Bakı
12 Avqust 2025 13:49
Cəmiyyət

Rəsulzadə və ailəsinin illər sonra ortaya çıxan yeni FOTOLARI

Ötən gün Tarix Muzeyində “Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan davası” mövzusunda kütləvi mühazirə keçirilib.

 

Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin nəvələri və digər ailə üzvləri iştirak ediblər.

 

Tacxeber.comxəbər verir ki, bu barədə tədbirin təşkilatçısı, Əməkdar elm xadimi Solmaz Rüstəmova Tohidi sosial şəbəkə hesabında paylaşım edib.

 

O bildirib ki, Rəsulzadənin virtual-ev muzeyi üçün yeni fotolar əldə edib. Ona bu şəkilləri M.Ə.Rəsulzadənin böyük qızı Lətifə xanımın ilk övladı, uşaq vaxtı anası və nənəsi ilə birgə Qazaxıstan sürgününün bütün məşəqqətlərini yaşamış Firuzə xanımın oğlu Həsən Məmmədov təqdim edib.

 

H.Məmmədov göndərdiyi bəzi şəkillərin nə üçün internet müstəvisində olmadığına da aydınlıq gətirib. O, anasının bu şəkilləri özü ilə bütün Qazaxıstanı dolaşdırıb qoruduğunu, sonra Bakıya gətirdiyini, anasının vəfatından sonra isə onların orijinallarını özündə saxladığını bildirib.

Sözügedən şəkilləri təqdim edirik:

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Yemək istəmirsiniz, cəhənnəmə yeyin!

redaktor

Məktəbdə ayaqyolu olmamasına aydınlıq gətirildi – VİDEO

redaktor

Havanın temperaturu aşağı düşəcək, yağış yağacaq

redaktor