12 C
Bakı
29 Mart 2026 00:01
Hadisə

Bakıda şübhəli əşya HƏYƏCAN YAŞATDI – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında şübhəli əşya aşkar edilməsi barədə məlumat daxil olub.

 

Bu barədə Publika.az-a FHN Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu xüsusi təlim görmüş itlə hadisə yerinə cəlb edilib.

 

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra avtobus dayanacağında aşkar edilmiş şübhə doğuran məktəbli çantasına xüsusi təlim görmüş itin tətbiqi ilə keçirilmiş baxış zamanı çantanın içərisində məktəb ləvazimatlarının olduğu müəyyən edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Siyasi məhbus Əhməd Məmmədli görmə qabiliyyətini itirir

admin

İnsanların dəfn mərasimində etdikləri böyük səhv.

admin

Rusiyada güclü yanğın başladı – Video

redaktor