12 C
Bakı
29 Mart 2026 18:32
Dünya

Trampın xüsusi nümayəndəsi: “Zelenski mövqeyini yumşaldıb, Putin isə…”

“Hər iki ölkə (Rusiya və Ukrayna – red.) müharibəni bitirmək üçün razılığa gəlməyə ümid etsələr, güzəştə getməli olacaqlar”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” televiziyasına müsahibəsində deyib.

 

“Ukrayna prezidenti Volodimir Zelenski artıq açıq şəkildə bəyan edib ki, ərazilərlə bağlı mövqeyini yumşaldacaq. Putin də mövqeyini yumşaltmalı olacaq. Zamanla və yəqin ki, yaxın gələcəkdə hamı ilə müzakirələrimiz olacaq. Bu, hər iki tərəf üçün yaxşıdır”, – deyə Kelloq bildirib.

 

Kelloq həmçinin qeyd edib ki, Vaşinqton Ukraynada atəşkəs əldə olunarsa, seçkilərin bu ilin sonuna qədər keçirilməsini istəyir.

 

Xatırladaq ki, Trampın xüsusi nümayəndəsi daha əvvəl bəyan etmişdi ki, Tramp iki ölkə arasında müharibəni dayandırmaq üçün həm Rusiyaya, həm də Ukraynaya təzyiq göstərmək niyyətindədir.

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan “Azadlıq radiosu” və “Amerikanın səsi” ilə bağlı – Fərman

redaktor

Ermənistan yeni itkilər verəcək, reallığa məhəl qoymuruq – Liparityan

redaktor

Tramp: Kim Çen Inla dostluğu yenidən bərpa edəcəyəm

redaktor