28 C
Bakı
12 Avqust 2025 18:55
CəmiyyətGündəm

“Tibbi sığorta yalnız dövlət yox, bütün özəl klinikalarda işləməlidir – Tanınmış həkimdən ETİRAZ

“Tibbi sığorta yalnız dövlət yox, bütün özəl klinikalarda da işləməlidir”.

Bu fikirləri Musavat.com-a həkim-pediatr Vaqif Qarayev bildirib.

 

O əlavə edib ki, vətəndaş pulu ödəyirsə, mütəxəssis olan istənilən tibb müəssisəsinə müraciət edə bilməlidir: “Vətəndaş o pulu ödəyir, fərqi nədir ki, dövlət müəssisəsində keçərlidir, amma özəldə keçərli deyil. Onsuz da bu pul ödənilir, dövlət üçün bunun heç bir fərqi olmamalıdır. Bir vaxt özəl klinikalara kifayət qədər axın var idi. Çünki yaxşı həkimlər özəl klinikalarda otururdu. Tibbi Sığorta işə düşəndən sonra həkimlər dövlət müəssisələrinə axışdı. Bunu da təbii qəbul edirəm”.

 

Həkim əlavə edib ki, icbari tibbi sığorta tətbiq olunandan sonra səhiyyədə rüşvət problemini xeyli həll edib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda 4300 manata otel, günü 600 manata kirayə evlər – Qış tətilinə hazırsınız?

admin

Erməni səngəri darmadağın edildi – Video

redaktor

Emin İbrahimova 10 il həbs cəza ?

admin