12 C
Bakı
28 Mart 2026 14:05
Dünya

Keçmiş prezident arvadına görə aclıq aksiyasına başladı

2023-cü ildə hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Qabon Prezidenti Əli Bonqo ikinci dəfə aclıq aksiyasına başlayıb.

 

Tacxeber.com axar.az-a istinadən bildirir ki, bu barədə onun vəkili Eyue Bekale məlumat yayıb.

 

Vəkilin sözlərinə görə, Bonqo tibbi yardım ala bilməyən həyat yoldaşı Silviya və oğlu Nurəddinə qarşı hərbçilərin rəftarına etiraz olaraq bu addımı atıb.

 

Bildirlib ki, keçmiş prezident özünün Libervildəki iqamətgahında yaşasa da, həyat yoldaşı və oğlu hələ də həbsxanadadır.

 

Qeyd edək ki, Əli Bonqo 2024-cü ilin mayında da arvadı və oğluna qarşı işgəncələrə etiraz olaraq aclıq aksiyası keçirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

İsrailə “işləyən” 8 hindistanlı edam edildi.

admin

Kim Dotkom Zelenskinin qibtə olunmaz gələcəyi ilə bağlı açıqlama verib.

redaktor

Pakistanda daşqınlarda həlak olanların sayı minə çatır

redaktor