21 C
Bakı
20 Oktyabr 2026 14:12
DünyaHadisəQalmaqal

Səfirlik önündə Quran yandırıldı

Danimarkanın sağçı Hardline Partiyasının lideri Rasmus Paludan Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quran yandırma aksiyası keçirib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Paludan özü məlumat yayıb.

 

Onun sözlərinə görə, İsveçdə Quran yandıran tədbirin təşkilatçısı Salvan Momikə hücum edildikdən sonra Danimarka polisi ona bu cür nümayişlər keçirməyi qadağan edib. Paludan vurğulayıb ki, Kopenhagendə tədbir onun şərəfinə keçirilib.

 

Qeyd edək ki, iraqlı qaçqın Momikaya hücum yanvarın 29-da baş verib. Onun meyiti İsveçin Sodertalye şəhərində tapılıb. Hadisə ilə bağlı polis 5 nəfəri saxlayıb.

 

Momikanın milli mənsubiyyətinə görə nifrət salmaq ittihamı ilə mühakimə olunması nəzərdə tutulsa da, o, öldürüldüyü üçün məhkəmə təxirə salınıb. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Savaş böyüyəcək…

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor

Respublikaçılar Trampa qarşı…

admin