24 C
Bakı
21 Oktyabr 2026 17:30
CəmiyyətDünyaHadisəSiyasət

İtaliyada ‘DeepSeek’ neyron şəbəkəsi ilə bağlı araşdırma başlanıb.

İtaliyanın şəxsi məlumatların qorunması üzrə tənzimləyici qurumu (GPDP) Çinin “DeepSeek-R1” süni intellekt tətbiqinin ölkədə “Apple” və “Google” onlayn mağazalarından çıxarıldığını açıqlayıb.

 

GPDP bildirib ki, “DeepSeek”dən şəxsi məlumatların istifadəsi ilə bağlı suallarına cavab tələb edib. Qurum hansı şəxsi məlumatların hansı məqsədlə toplandığını, onların Çində saxlanıb-saxlanılmadığını öyrənmək istəyib. Lakin qarşı tərəf GPDP-nin suallarına cavab verməyib.

 

Tənzimləyici qurum Çin neyron şəbəkəsinin tərtibatçılarına italiyalı müştərilərin məlumatlarını emal etməmək və Avropa qanunvericiliyinə uyğunluq tələbi ilə sorğu göndərib. Çin şirkətlərinin cavabı o olub ki, şirkət Avropada fəaliyyət göstərmir və Avropa qanunlarına tabe deyil. GPDP bu cavabı əsassız sayıb və mümkün qanun pozuntuları ilə bağlı araşdırmaya başlayıb.

 

“Il Sole 24 Ore” nəşri yazır ki, GPDP-nin tələbindən sonra “DeepSeek” artıq tətbiqini İtaliya bazarından çıxarıb, lakin internet saytı vasitəsilə fəaliyyətini davam etdirir.

 

“DeepSeek-R1” İtaliya bazarından çıxarılmazdan əvvəl ölkədə ən çox yüklənən applikasiya olub. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski müharibənin dayandırmağa hazırdı – Bir şərtlə!

redaktor

Türkiyə–Azərbaycan gərginliyinin pərdəarxası

redaktor

Putinin təcriddən çıxış cəhdi: Tramp və Si ilə görüş nə vəd edir?

redaktor