Maraqlı

Yaponiyada selfi çəkənlərlə bağlı qərar qəbul edilib

Yaponiyada  selfi çəkənlərlə bağlı yeni qərar qəbul edilib.

 

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, turistik Otaru şəhəri gözəl mənzərələri ilə olduğu kimi, həm də dik yamacları ilə də məşhurdur. Bu da selfi çəkərkən ölüm ehtimallarının daha çox olması deməkdir.

 

Dünyada təhlükəli ərazilərdə selfi çəkən çox sayda insanın ölməsindən sonra təhlükəsizlik tədbirlərinin görülməsinə qərar verilib.

 

Bu ölkədə baş tutacaq Ay yeni ili bahar festivalından əvvəl təhlükəli yerlərdə selfi çəkilməsinin qarşısını almaq üçün xüsusi şəxslər işə götürülüb.

 

Qeyd edək ki, bundan əvvəl Otaruda 61 yaşlı turist selfi çəkmək üçün çıxdığı relslərin üzərində qatar vurması nəticəsində ölüb.

Tacxeber.com

Oxşar xəbərlər

Elmin açmağa çalışdığı sirr: Gövdəsindən su axan 150 yaşlı tut ağacı – VİDEO

redaktor

İlk vizanı hansı səfirliklərdən almalıyıq?

admin

Tramp indi də telefon satacaq – FOTO

redaktor