12 C
Bakı
28 Mart 2026 12:44
Hadisə

Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin VƏZİYYƏTİ AĞIRDIR – YENİLƏNİB

“Dünən mağazadan çıxarkən halı pisləşib, yıxılıb”.

Tacxeber.com xəbər verir ki, sənətçinin dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında Nazim Pişyarinin (Faytonçu) səhhətindən danışıb:

 

“Hazırda reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanada idim, hamı gözləyir”.

 

K.Həsənli N.Pişyarinin bir müddət əvvəl əməliyyat olunduğunu da bildirib:

 

“Nazim böyrəyindən əməliyyat olunmuşdu. Uğurlu keçmişdi, vəziyyəti yaxşı idi. İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi”.

***

Müğənni Nazim Pişyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.

 

Tacxeber.comAxşam.az-a istinadla xəbər verir ki, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb.

 

O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.

 

N.Pişyarinin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Sürücülər arasında yol vermək üstündə dava: Bir nəfər döyüldü – ANBAAN VİDEO

redaktor

“Qarabağ” yeni qapıçı gətirir .

admin

“Minimum əməkhaqqı ilə vətəndaşın xoşbəxt olması mümkün deyil”

admin