Sağlamlıq

QUCAQLAŞMAQ bizi xəstəliklərə qarşı güclü edir

Qucaqlaşmağın qeyri-adi faydası…

qucaqlasmaq-bizi-xesteliklere-qarsi-guclu-edir

 

Qucaqlaşma nəticəsində stressin azalması immunitet sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmi infeksiyalara və xəstəliklərə qarşı daha davamlı edir.

 

Tacxeber.comxəbər verir ki, bunu psixoterapevt İrina Kraşkina “RİA Novosti”yə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, qucaqlaşmaq depressiya ilə mübarizə aparmağa kömək edir, eyni zamanda insanların ümumi əhval-ruhiyyəsinə müsbət təsir edir.

 

“Stressin bu formada azalması immun sisteminin fəaliyyətinin yaxşılaşmasına gətirib çıxarır ki, bu da orqanizmi infeksiya və xəstəliklərə qarşı daha davamlı edir. Araşdırmalar zamanı yaxınlarını tez-tez qucaqlayan tədqiqat iştirakçıları infeksiyaya yoluxma riskinin və xəstəliyin daha az ağır simptomlarının olduğunu nümayiş etdiriblər”, – Kraşkina qeyd edib.

 

Həkim vurğulayıb ki, qucaqlaşma zamanı insanda təkcə sevgi hormonu deyilən oksitosin istehsal olunmur, həm də dəridəki sinir reseptorları da aktivləşir. Psixoterapevtin izahına görə, onlar təbii analgetiklər (ağrını azaldan maddə) və antidepresanlar olan endorfinləri ifraz edirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Dönər ilə ayran içənlər, aman diqqət!

redaktor

Tibdə möhtəşəm inqilab: “Ölümsüzlük kapsulu“ yaradıldı

redaktor

Tibbdə süni intellekt: Bu dəfə hansı yenilik var?

redaktor