7 C
Bakı
16 Dekabr 2025 01:53
Dünya

Azərbaycanda meyitlərin yandırılması üçün mərkəzlər yaradılacaq – Video

Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq.

 

Tacxeber.com“Xəzər TV”yə istinadən xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.

 

O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir. Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılacaq. Bu ona görə ediləcək ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin.

 

Ceyhun Məmmədov bildirib ki, meyitlərin yandırılması üçün nəzərdə tutulan xüsusi mərkəzlərlə bağlı araşdırma aparılır.

 

O da bildirilib ki, hazırda cəsədinin yandırılmasını istəyən az sayda insan var, bu kütləvi deyil.

 

Mövzu ilə bağlı daha ətraflı videoda:

 

Oxşar xəbərlər

Putinin “mətbəxində” təzyiq planı: Soydaşlarımızın qanı əvəzində ticarət və miqrant QADAĞASI

redaktor

Orban Ukraynadakı müharibəyə son qoya biləcək bir liderin adını açıqladı

redaktor

İsrail generalı bu dronla öldürülüb – İddia

redaktor