25 C
Bakı
11 Avqust 2025 08:22
Dünya

Kobaxidze: “Ukrayna iyrənc qlobal maraqlara qurban verildi”

“Ukrayna iyrənc və çirkin qlobal maraqlara qurban verildi. Üstəlik, bu maraqların coğrafiyası Rusiya Federasiyasında deyil, Ukraynanın özündə və Qərbdədir”.

Tacxeber.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Kobaxidze həmçinin xatırladıb ki, 2022-ci ildə Gürcüstandan ikinci cəbhənin açılması tələb olunurdu:

“Üç il əvvəl onlar bizə məhz bu mətnlərlə gəlib deyirdilər ki, Ukrayna müharibədə qalib gəlir və biz şansı əldən verməməliyik. Bizi ikinci cəbhəyə çağıranda bağlı qapılar arxasında belə dedilər. Bizim təmkinli mövqeyimiz var idi və bu gün təcrübənin göstərdiyi kimi, yanaşmamız tamamilə düzgün və əsaslı idi”.

Tacxeber.com

Oxşar xəbərlər

“Putin tezliklə öləcək“ – Zelenski

redaktor

Ukraynada azərbaycanlı itkin düşdü – Video

redaktor

Polşa Rusiyanın təxribatlarından sonra Krakovdakı konsulluğunu bağlayır.

admin