Dünya

Elan edilməmiş müharibə: Qonşu ölkə Trampa xəbərdarlıq etdi

Ağ Ev Kanada neftinə 25 faizlik gömrük rüsumunu tətbiq edərsə, ABŞ Venesueladan neft almağa məcbur olacaq.

 

Tacxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Melani Coli bildirib.

 

“Biz nefti endirimlə tədarük edirik, son nəticədə bunu biz etməsək, Venesuela edəcək və bu administrasiya Venesuela ilə işləmək istəmir”, – nazir deyib.

 

Onun sözlərinə görə, Kanada mallarına 25 faizlik tariflərin qəbulu sadə insanlara zərbə vuracaq, bu durum Kanada ilə ABŞ arasında ticarət müharibəsinə çevrilə bilər.

 

Coli Prezident Donald Trampın Kanadanı ABŞ-yə birləşdirmək ideyasını da tənqid edib: “Biz yaxşı dost ola bilərik, amma heç vaxt ştat və ya müstəmləkə olmayacağıq”.

 

ABŞ prezidenti bundan əvvəl bəyan eləmişdi ki, Kanada və Meksikadan idxal edilən mallara rüsumların 25 faizə qədər artırılması fevralın 1-də qüvvəyə minəcək. Trampın sözlərinə görə, onun qərarı Kanada və Meksikanın müəyyən etdiyi neftin qiymətinin ədalətli olub-olmamasından asılı olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənipərəst Tarasov: Qarabağ Azərbaycandır – Video

redaktor

Əli Laricani “İran xalqının əsas qatillərinin” adını açıqladı

redaktor

Makron: Putin yırtıcıdır, əjdahadır, Avropa üçün daimi təhdiddir

redaktor