Cəmiyyət

“Ağdamda atamın büstü qoyulacaq” – Allahverdi Bağırovun qızı

“Yaxın vaxtlarda Ağdamda atamın büstü qoyulacaq. Bununla bağlı dekabrın 24-də xüsusi nümayəndə Emin Hüseynovun qəbulunda olduq. Daha sonra onun köməkçisi bizimlə əlaqə saxladı və bildirdi ki, yaxın zamanlarda büst Ağdama aparılacaq”.

 

Tacxeber.com xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun qızı, Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb xidməti kapitanı Aynur Bağırova deyib.

 

“İmarət stadionuna atamın adının veriləcəyini deyirlər. Millət vəkili Aqil Abbas bizə bildirdi ki, belə bir təkliflə çıxış ediblər. Ona görə də, büstün o istiqamətdə qoyulmasını arzulayırıq. Ümumilikdə isə bizim üçün ciddi fərq yoxdur, Ağdamın hər yeri atamı xatırladır, haraya qoysalar, qəbulumuzdur. Yəqin ki, bunu Ağdamın planına uyğun edəcəklər”, – deyə A.Bağırova bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Aptek işçilərinə BƏD XƏBƏR: Bu halda 9000 manat cərimələnəcəksiniz

redaktor

11 dəqiqə ərzində cənnət və cəhənnəmi ZİYARƏT ETDİ

redaktor

“Həyat yoldaşımın ölümündən sonra bank mənə təzyiq edir, hədə-qorxu gəlir, deyir ki..”

admin