16 C
Bakı
27 Sentyabr 2025 05:36
Cəmiyyətİdman

“Qarabağ” “Olimpiakos”a qarşı.

"Qarabağ" "Olimpiakos"a qarşı - Yenilənir

 

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.

 

 Azərbaycan təmsilçisi “Qarabağ” da sonuncu – 8-ci turun oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Yunanıstan səfərində “Olimpiakos”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bu komandalar 2022-2023 mövsümündə də Avropa Liqasında üz-üzə gəlmişdi. O vaxt “Qarabağ” qrup mərhələsinin Yunanıstandakı oyununda rəqibini 3 cavabsız qolla məğlub etmişdi. Bakıdakı matçda isə qolsuz heç-heçə qeydə alınmışdı.

 

Bugünkü oyun isə “Qarabağ” üçün formal xarakter daşıyacaq. Çünki 3 xalla 34-cü pillədə olan komandanın pley-off şansı qalmayıb. Ötən mövsüm Konfrans Liqasının qalibi olan “Olimpiakos” isə 12 xalla 12-ci pillədədir və ən azı pley-offu təmin edib.

 

31 yanvar

Avropa Liqası

Liqa mərhələsi, 8-ci tur

00:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Redu Petresku (Rumıniya)

Pirey. “Georgios Karaiskakis” stadionu (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün “Qarabağ” Çempionlar Liqasında ilk oyununa başlayır

admin

De Byazi tənqidlərə dözməyib mətbuat konfransını tərk etdi

redaktor

Azəriqaz 2,5 milyon “ağıllı” qaz sayğacı alır.

admin