21 C
Bakı
22 İyun 2025 22:24
Dünya

Avropada “Coca-Cola”dan sonra bu dəfə “Lay’s” şoku: Satışdan yığışdırılır

Məşhur qəlyanaltı brendi “Lay’s” istehsal etdiyi kartof çipslərini ölümcül allergik reaksiya riski səbəbindən geri çağırmaq qərarına gəlib.

 

Bu barədə ABŞ Qida və Dərman İdarəsindən (FDA) bəyan edilib.

 

Bildirilib ki, məhsulun etiketində göstərilməyən süd tərkibli komponentlərin olması səbəbindən ən yüksək – “I sinif” risk səviyyəsi elan edib. Bu kateqoriya o deməkdir ki, marka məhsulları həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.

 

Bildirilib ki, əslində geriçağırma prosesi 2024-cü ilin dekabrından başlayıb. “Lay’s”in ana şirkəti “Frito-Lay” Oreqon və Vaşinqton ştatlarında satışa çıxarılan 6 000-dən çox çips paketində süd komponenti aşkar edildiyini bildirib. Bu səhv isə südə allergiyası olan insanların sağlamlığı üçün ciddi risklər daşıyır. Ona görə də FDA hazırkı geriçağırma səviyyəsini “I sinif” kateqoriyasına yüksəldib.

 

“Frito-Lay”dən isə baş verənlərlə bağlı bildirilib ki, hazırda geri çağırılan məhsullarla bağlı heç bir allergik reaksiya şikayəti alınmayıb. Lakin məhsullar mümkün sağlamlıq riskləri səbəbindən ehtiyat tədbiri olaraq bazarlardan yığışdırılır.

 

Xatırladaq ki, bir neçə gün öncə “The Coca-Cola” qida nəhənginin törəmə şirkəti olan “Coca-Cola Europacific Partners Belgium” Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib. Buna səbəb məhsulların tərkibində xloratların miqdarının yüksək olması göstərilib.

Tacxeber.com

Oxşar xəbərlər

Atası casus, anası narkobaron, oğlu narkoman olan Ceki Çan – VİDEO

redaktor

Metyu Brayza: “ABŞ Dövlət Departamenti Azərbaycanda dini tolerantlığı pozmağa çalışır”

redaktor

İran-İsrail gərginliyi: Bitcoin 60 min dollardan aşağı düşdü

admin