Dünya

Zelenski Putini qorxaqlıqda ittiham etdi

“Bu gün Putin bir daha təsdiqlədi ki, danışıqlardan qorxur, güclü liderlərdən qorxur və müharibəni uzatmaq üçün hər şeyi edir. Onun hər addımı və bütün kinli hiylələri müharibəni sonsuz etmək məqsədi daşıyır”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalında Putinin Zelenskini qeyri-legitim dövlət başçısı hesab etməsini şərh edərkən yazıb.

 

“İndi biz görürük ki, real sülhə nail olmaq üçün imkan var, lakin Putin hər şeyi edir ki, ya sülh əvəzinə tam miqyasda öldürməyə davam etsin, ya da gələcəkdə hibrid zərbələr endirmək üçün fasilə əldə etsin. O, yeni tammiqyaslı işğal hazırlaya bilər”, – Zelenski əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Geoloqlar okeanda qədim itirilmiş qitə aşkar etdi.

admin

Arktikanın əriməsi milyonlarla insan üçün təhlükə mənbəyidir

redaktor

Netanyahu İranda nümayişçilərin edam edilməsini pisləyib

redaktor