2 C
Bakı
11 Fevral 2026 15:53
Hadisə

Daha bir təyyarə qəzaya düşdü – Anbaan görüntülər

ABŞ-nin Alyaska ştatında F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, hadisə zamanı pilotun sağ olduğu və müalicə üçün hərbi hospitala aparıldığı bildirilib.

 

“Eielson” Hərbi Hava Qüvvələri bazasının nümayəndəsi qəzanın bazanın uçuş-enmə zolağında baş verdiyini açıqlayıb. Qəzaya uğrayan F-35-in ciddi ziyan gördüyü və hadisə ilə bağlı araşdırma başladıldığı qeyd olunub.

 

ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, pilotun vəziyyəti yaxşıdır və tibbi müayinədən keçirilməsi üçün hərbi hospitala yerləşdirilib.

 

Sosial şəbəkələrdə yayılan görüntülərdə F-35-in havada süzülərək sürətlə yerə çırpıldığı və partladığı əks olunub.


Tacxeber.com

Oxşar xəbərlər

MOSSAD İran dini lideri Ayətullah Əli Xameneinin sağlamlıq durumu barədə ilginc məlumat yayıb.

admin

İtaliya sahilində qanunsuz miqrantların qayığı batıb, 20-dən çox insan itkin düşüb

redaktor

Bir ayın əsgəri iynədən şoka düşüb öldü

admin