19 C
Bakı
26 Sentyabr 2025 22:27
Hadisə

Daha bir təyyarə qəzaya düşdü – Anbaan görüntülər

ABŞ-nin Alyaska ştatında F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, hadisə zamanı pilotun sağ olduğu və müalicə üçün hərbi hospitala aparıldığı bildirilib.

 

“Eielson” Hərbi Hava Qüvvələri bazasının nümayəndəsi qəzanın bazanın uçuş-enmə zolağında baş verdiyini açıqlayıb. Qəzaya uğrayan F-35-in ciddi ziyan gördüyü və hadisə ilə bağlı araşdırma başladıldığı qeyd olunub.

 

ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, pilotun vəziyyəti yaxşıdır və tibbi müayinədən keçirilməsi üçün hərbi hospitala yerləşdirilib.

 

Sosial şəbəkələrdə yayılan görüntülərdə F-35-in havada süzülərək sürətlə yerə çırpıldığı və partladığı əks olunub.


Tacxeber.com

Oxşar xəbərlər

“Tərtər işi” üzrə təqsirləndirilən və apellyasiya şikayəti verən 11 nəfərin adı məlum olub – SİYAHI

redaktor

Priqojin başqa təyyarədə olsa… – Zaxarov

redaktor

Niyə Azərbaycan turizm gəlirlərində Ermənistan və Gürcüstandan geri qalır?

admin