29 C
Bakı
11 Avqust 2025 12:12
Dünya

Kadırov cihada hazırlaşır? – Paylaşımı diqqət çəkdi – FOTO

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Telegram” kanalında Donetskdəki döyüşçülərə göndərəcəyi “Cihad maşınları”nı göstərib.

 

Tacxeber.com publika.az-a istinadən xəbər verir ki, avtomobillərin “Çeçenavto” müəssisəsi tərəfindən hazırlandığı bildirilir.

 

“Rusiya Müdafiə Nazirliyinin bölmələrinin tərkibində Donetskdə döyüş tapşırıqlarını yerinə yetirən döyüşçülərimiz 15 ədəd yüksək texnologiyalı “Cihad” maşınları alıblar”, – Kadırov yazıb.

 

O, yeni texnikanı döyüşçülərə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev, Xalq Cəbhəsi və Rusiya Federasiyası Sənaye Nazirliyinin nümayəndələri ilə birlikdə təhvil verdiyini vurğulayıb.

 

Kadırov əlavə edib ki, bütün avtomobillər yüksək keyfiyyətlidir, bütün istehsal prosesi müasir standartlar və çətin şəraitdə çalışan əsgərlərimizin real təcrübəsi nəzərə alınmaqla qurulub.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Tommazo Buşetta: mafiyanı çökdürən adam

admin

Solovyov: “Xahiş edirəm döyüşə başlayın, döyüşün artıq, qalib gələk.”

redaktor

Ərdoğanı ağladan şerin müəllifi saxlanıldı

redaktor