21 C
Bakı
12 Avqust 2025 03:06
Dünya

İranda Azərbaycan əleyhinə danışan əyalət mollası İSTEFA VERDİ

İranın Qəzvin şəhərinin imam cüməsi istefa verib.

“Yeni Sabah”ın məlumatına görə, bu barədə “IRNA” agentliyi məlumat yayıb.

 

İmam cümə Əbdül Kərim Abedini missiyasının sona çatdığını bildirib. O, 10 ildir İran ali liderinin Qəzvindəki nümayəndəsi kimi çalışdığını deyib və yerinə gələcək şəxsə uğurlar arzulayıb.

 

O, istefasının səbəblərini açıqlamayıb.

Xatırladaq ki, ötən günİranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan  Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bildirilib ki, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsi qəbuledilməzdir.

Tacxeber.com

Oxşar xəbərlər

İran-İsrail gərginliyi: Bitcoin 60 min dollardan aşağı düşdü

admin

Erməniləri daşıyan təyyarə Bakı hava limanına enib

redaktor

Bayden Putini ələ saldı

redaktor