24 C
Bakı
13 Avqust 2025 06:53
CəmiyyətGündəmHadisəŞikayət

Binəqədidə “Vətən” stadionu gecə ilə niyə sökülüb?

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Vətən” stadionu sökülür.

 

Tacxeber.com Bakı.vs-ə istinadla xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Sakinlərin sözlərinə görə, stadionda söküntü işləri gecə saatlarında aparılıb. Bu da onlar arasında ciddi narahatlıq yaradıb.

 

Həmçinin onlar stadion ərazisində çoxmərtəbəli yaşayış binasının tikiləcəyindən narazılıqlarını dilə gətiriblər.

 

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında mövcud İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin Bakı şəhəri Səttar Bəhlulzadə küçəsində yerləşən idman meydançalarının yenilənməsi, əlavə inzibati və köməkçi binalarının tikinti işlərinin aparılması planlaşdırılıb.

 

Müvafiq qurumlardan tikintiyə dair icazə sənədləri alınıb, işlərin icrası zamanı tikinti norma və qaydalarının qorunması barədə müvafiq iş icraçılarına tapşırıq verilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yaşar Əhmədliyə “Amazon” şirkətində vəzifə verildi .

admin

III Respublika Platforması: “Üzvlərimizin saxlanıldığını güman edirik”

admin

İmam Mehdi İrandan başlamalıdır – Siyavuş Novruzov

redaktor