11 C
Bakı
30 Mart 2026 01:06
GündəmHadisə

Bakıda bağırsaq yuyulması üçün klinikaya gedən kişi vəfat etdi

Bakıda klinikalardan birində ölüm hadisəsi baş verib.

 

Tacxeber.comMusavat.com-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Ceyhun Akif oğlu Süleymanov yanvarın 21-də müalicə aldığı “Medilife” klinikasında dünyasını dəyişib.

 

C.Süleymanov yanvarın 21-də ilk olaraq Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına hidrokolonoterapiya (bağırsaq yuyulması) üçün müraciət edib. Müraciətinin səbəbi mədə-bağırsağında olan problemlə bağlı olub.

 

“Stimul” klinikasında narkoz həkimi olmadığı üçün onu “Medilife” klinikasına yönləndiriblər.

 

“Medilife” klinikasında həkim Ləman Xasıyeva tərəfindən bağırsağı yuyulan C.Süleymanov bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı ailəsinə dəqiq məlumat verilmir. İlkin məlumat olaraq bildirilib ki, mərhumun təzyiqi qalxıb. Mərhum ailəli olub, 2 övladı var idi.

 

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.

Fotoda Ceyhun Süleymanov

Fotoda

Ləman Xasıyeva

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Tramp onu Epşteyn Adası Zarafatına görə məhkəməyə verməklə hədələyib.

admin

İsrail hazırda İranın ali dini liderinin ovuna çıxıb – Elxan Şahinoğlu

admin

Menecer hər gün qadın işçilərdən şəklimizi çəkib göndərməyi tələb edir.

admin