CəmiyyətGündəm

Müayinə üçün kartdan karta ödənişi tələb edən məşhur həkim

 

Son dövrlərdə həkimlər tərəfindən qeyri-qanuni ödəniş tələbləri artmaqdadır. Belə hallardan biri ginekoloq Yeganə Əliyevanın həkim qəbulu üçün ödənişi qanunsuz olaraq kartdan karta köçürmə ilə almağa çalışmasıdır.

 

Vətəndaş ginekoloq Yeganə Əliyevanın qanunsuz şəkildə xəstələrdən həkim qəbulu üçün ödənişi kartdan karta köçürmə ilə tələb etdiyini bildirir. Həkim xəstələrdən müayinəyə gəlməzdən əvvəl bir neçə gün öncə ödənişi göndərmələrini istəyir.

 

Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı məsələ ilə əlaqədar açıqlama verib və bu hadisənin onların fəaliyyəti ilə əlaqəli olmadığını bildirib. Hospitalda yalnız hərbi qulluqçuların tibbi təminatı və mülki şəxslərə göstərilən xidmətlər qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.

 

Dövlət Vergi Xidmətindən isə qeyd edilib ki, məsələ araşdırılacaq. Qanunvericiliyə əsasən, belə hallara ilk dəfə yol verildikdə 1000 manat, ikinci dəfə 3000 manat və üç və ya daha çox dəfə təkrarlanan hallarda isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilə bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda taksi sürücüsündən sərnişinə qarşı hörmətsizlik: “Anan özünü apara bilmir” – VİDEO

redaktor

Ev şəraitində bütün orqanizmin təmizlənməsi – Təbii və sadə üsullar

redaktor

Jurnalistin südçü oğlu necə icra başçısı oldu?

redaktor