29 C
Bakı
14 Avqust 2025 20:21
Dünya

Dünyanın ən yaşlı prezidenti yenidən namizəd oldu

Kamerunun 91 yaşlı prezidenti Paul Biya yenidən seçkilərdə iştirak etmək qərarına gəlib.

 

Tacxeber.com xəbər verir ki, o, oktyabrın 12-nə təyin edilmiş qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürüb.

 

Kamerunun müstəqillik qazandıqdan sonra ikinci prezidenti olan Biya səkkizinci dəfə prezidentliyə namizəd olacaq. Ölkə konstitusiyası prezidentlik müddətinin sayına və ya namizədin yaşına məhdudiyyət qoymur.

 

Biya 41 ildən artıqdır ki, dövlət başçısı vəzifəsində çalışıb. O, dünyanın ən yaşlı prezidenti kimi tanınır. Fevralda onun 92 yaşı tamam olacaq.

 

Hakimiyyətdə qalma müddətinə görə, onu yalnız Ekvatorial Qvineyanın lideri, 1979-cu ildən ölkəyə rəhbərlik edən Teodoro Obianq Nguema Mbasoqo qabaqlayır.

Tacxeber.com

Oxşar xəbərlər

“Putin bunu heç vaxt bağışlamayacaq” – Zelenski

redaktor

Tramp Baydeni məxfi məlumatlara girişdən məhrum edib

redaktor

Kurskda rusların hərbi bazası belə darmadağın edildi – VİDEO

redaktor