28 C
Bakı
11 Avqust 2025 18:11
Sağlamlıq

Qəbuluna limit qoyulmayan TƏK MEYVƏ – Alma hansı dərdlərə dərmandır?

Alma yeganə meyvədir ki, onu hər gün və istədiyin qədər yemək olar. Alimlərin araşdırmasına görə, almanın gündəlik qida rasionuna daxil edilməsi olduqca vacibdir.

 

Tacxeber.com xarici KİV-lərə istinadən xəbər verir ki, alma müntəzəm olaraq istehlak edildikdə, o bəzi sağlamlıq problemlərini həll edə bilər.

 

Bu meyvə orqanizmdə tarazlığı qoruyan vitamin və minerallarla zəngindir. Bundan əlavə, alma qida lifi mənbəyidir. Yalnız bir meyvə gündəlik tələbatın təxminən 10 faizini ehtiva edir.

 

Məlumdur ki, lif yağların udulması prosesini ləngidir və bununla da qanda xolesterinin səviyyəsini tənzimləyir. Beləliklə, alma ürək-damar xəstəliklərindən qorunmağa kömək edir. Bu meyvə həm də Alzheimer xəstəliyinə tutulma riskini azaldan antioksidantlarla zəngindir.

 

Həkimlər almanı qabığı ilə yeməyi məsləhət görürlər. Bir atalar sözündə deyildiyi kimi: “almanı say ye, armudu soy ye”. Almanın tərkibində çoxlu faydalı maddələr var. Ancaq bu meyvənin saxlanmasına xüsusi diqqət edilməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

Dondurulmuş qidaların orqanizmə hansı zərərləri var?

redaktor

Qatığın tərkibindəki bakteriyalar elə nəticə verdi ki…

redaktor

Bədənimiz barədə 20 şok fakt – Beyinin tutumu nə qədərdir?

redaktor