11 C
Bakı
25 Mart 2026 17:04
Sağlamlıq

Qəbuluna limit qoyulmayan TƏK MEYVƏ – Alma hansı dərdlərə dərmandır?

Alma yeganə meyvədir ki, onu hər gün və istədiyin qədər yemək olar. Alimlərin araşdırmasına görə, almanın gündəlik qida rasionuna daxil edilməsi olduqca vacibdir.

 

Tacxeber.com xarici KİV-lərə istinadən xəbər verir ki, alma müntəzəm olaraq istehlak edildikdə, o bəzi sağlamlıq problemlərini həll edə bilər.

 

Bu meyvə orqanizmdə tarazlığı qoruyan vitamin və minerallarla zəngindir. Bundan əlavə, alma qida lifi mənbəyidir. Yalnız bir meyvə gündəlik tələbatın təxminən 10 faizini ehtiva edir.

 

Məlumdur ki, lif yağların udulması prosesini ləngidir və bununla da qanda xolesterinin səviyyəsini tənzimləyir. Beləliklə, alma ürək-damar xəstəliklərindən qorunmağa kömək edir. Bu meyvə həm də Alzheimer xəstəliyinə tutulma riskini azaldan antioksidantlarla zəngindir.

 

Həkimlər almanı qabığı ilə yeməyi məsləhət görürlər. Bir atalar sözündə deyildiyi kimi: “almanı say ye, armudu soy ye”. Almanın tərkibində çoxlu faydalı maddələr var. Ancaq bu meyvənin saxlanmasına xüsusi diqqət edilməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

Kombi sistemi adamı kökəldir – Piylənmənin yeni səbəbi

redaktor

Madonna əsəblərini belə sakitləşdirir – Dədə-baba metodu

redaktor

DİQQƏT! Energetik içkidən 1 saat sonra… – XƏBƏRDARLIQ

redaktor