Dünya

“Gəlirlərimiz yetərli deyil, dolanmaq üçün mübarizə aparırıq” – İlon Mask

Amerikalı milyarder və “X” sosial şəbəkəsinin sahibi İlon Mask qəfildən öz işçilərinə məktub yazıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

O, internet resursunun fəaliyyətinin sürətlə aşağı düşməsindən şikayətlənib.

Nəşrin məlumatına görə, məktubda Mask şirkətin fəaliyyətinin zəif olmasından şikayətini bildirib. O, “X” sosial şəbəkəsində heç bir inkişafın olmadığını vurğulayıb:

 

“İstifadəçi sayındakı artım dayanıb, gəlirlərimiz yetərsizdir və biz dolanmaq üçün mübarizə aparırıq”, – Mask yazıb.

 

Qeyd edək ki, “X” sosial şəbəkəsinin hazırki gəlirlərinin nə qədər olması məlum deyil. Lakin İlon Mask 2022-ci ilin oktyabrında bu platformanı aldıqdan sonra gəlirlərin təxminən yarıya qədər azladığını vurğulamışdı.

 

Onu da bildirək ki, İlon Mask 432 milyardlıq sərvəti ilə hazırda dünyanın ən zəngin insanıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Liftdə skuterlə girdi: Partlayış baş verdi -VİDEO

redaktor

Azərbaycanda broyler toyuqlarının istehlakı məhdudlaşdırılacaq?

redaktor

Qəzzadakı əməliyyatlarda israilli nazirlərin övladları da iştirak edir – Siyahı

admin