Təkcə Abşeron yarımadasında 500 mindən artıq sənədsiz ev var. Dövlət Reyestrindən çıxarışı olmayan həmin evlər bir qayda olaraq bankda girov predmeti ola bilmir. Eyni zamanda, bu evlərin alqı-satqısını da aparmaq çox çətin olur.
Bəs, bu cür evlər icbari və könüllü sığorta predmeti ola bilərmi?
Suala Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov
aydınlıq gətirib.
O, Bizim.Media-ya açıqlanmasında bildirib ki, Azərbaycanda hal-hazırda daşınmaz əmlakın icbari və yaxud könüllü sığortası Dövlət Reyestrindən çıxarışa əsasən həyata keçirilir:
“Amma sığorta şirkəti tikiliyə aid olan digər sənədlərə əsasən də əmlakı sığortalaya bilər. Məsələn, tikinti sahibinə daha əvvəl təqdim olunmuş qeydiyyat sənədi də əsas sayıla bilər.