16 C
Bakı
27 Sentyabr 2025 05:08
Şou

“Kiçik məclislərə getmirəm” – Üzeyir Mehdizadə

“Kiçik banketlərə yüksək qonorar verəndə belə getmirəm. Düz gəlmir, səhnə də olmur. Mənə pul önəmli deyil. Başqa ölkələrdən şirkətlər zəng vurur, dəvət edir. Həmin zaman mən bu kiçik məclisdəki görüntüyə görə onlardan böyük səhnə istəyə bilmərəm. Ona görə də belə kiçik məclisə getmirəm”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mehtizadə “Qonaqcanlı” verilişində deyib. O bildirib ki, banketlərdən gələn dəvətlərdən imtina edir.

 

Üzeyir aparıcı Aytəkin Mərdanovanın övladları ilə bağlı sualını cavabsız qoyub. İfaçı 3 övladı olduğunu təsdiqləsə də, bu haqda danışmaq istəməyib.

 

“Burada ayıb heç nə yoxdur, amma danışmaq istəmirəm. Xasiyyətimlə bağlıdır. Əvvəldən beləyəm, sonradan dəyişməmişəm” deyə, müğənni bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı məşhur oğlunu evləndirdi – Cavan yaşda qaynana oldu – VİDEO

redaktor

Alla Puqaçova və qızının Rusiyadan qovulması istənilir

redaktor

Messinin “The Best”də iştirak etməməsinin səbəbi bilindi

admin