26 C
Bakı
21 İyun 2025 14:46
Cəmiyyət

Azərbaycanda meymunçiçəyinə yoluxmuş şəxslə bağlı DƏHŞƏTLİ DETAL: Cinsi münasibət zamanı keçibmiş

Meymunçiçəyində virus daha çox cinsi əlaqədən sonra bir nəfərdən digərinə ötürüldüyü üçün səpgilərin həmin nahiyədə, yəni cinsi orqan və ətrafında yaranması ehtimalı xarakterikdir”.

 

Tacxeber.com Lent.az-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycanda ilk dəfə meymunçiçəyinə yoluxma faktını aşkarlayan, dermatoloq, həkim Mehdi İskəndərli deyib.

Həkim qeyd edib ki, həmin şəxs daha öncə bir neçə dəfə fərqli şikayətlərlə qəbulunda olub: “Pasiyent bu dəfə bizim klinikaya yanvarın 17-də səhər saatlarında müraciət etdi. Onun ümumi vəziyyəti, demək olar ki, kafi idi. Xəstə əzələ ağrısı, limfa vəzilərində böyümə şikayətləri ilə bizə müraciət etmişdi. Müayinə əsnasında onun cinsi orqan bölgəsində göbəklənən vezikulyasiya dediyimiz orta hissəsi çökmüş su qabarcıqları ilə dolu səpgilərin yarandığı məlum oldu. Bu səpgilər birincili herpes, suçiçəyinə bənzəsə də, anamnestik məlumatlar işığında daha çox meymunçiçəyi virusundan şübhələndik. Eyni zamanda, xəstəyə infeksionistin qəbulunda olmağı da məsləhət gördük. Həmin gün təxminən axşam saat 18 radələrində nəzarətdə saxladığım xəstənin nəticələri bəlli oldu və onun meymunçiçəyi virusuna yoluxduğu aşkarlandı.”.

 

Mehdi İskəndərli vurğulayıb ki, sözügedən şəxs iki həftə öncə xarici ölkədə turistik məqsədlə səfərdəykən dərisində su qabarcıqları şəklində səpgilər olan biri ilə təmasda oldub: “Bu məlumatların üstünə klinik əlamətləri də nəzərə aldıqda xəstənin meymunçiçəyinə yoluxduğunu ehtimal etdik”.

Oxşar xəbərlər

Narkotik aləmində elə tanınmış adamlar var ki… – Nəsimi Nəbizadə sensasion müsahibə verdi – VİDEO

redaktor

Kişilərə niyə kirayə ev verilmir?

redaktor

“Nikah müqaviləsinin adını dəyişib, “evlilik anlaşması” kimi qanunvericiliyə daxil etməliyik” – Deputat

redaktor