21 C
Bakı
12 Avqust 2025 03:27
Cəmiyyət

Ölkəyə gətirilən portağallar təhlükə saçır – İDDİA/VİDEO

Xaricdən gətirilən portağalların qabığından mənşəyi bəlli olmayan qırmızı rəng çıxır. Lakin bu hal yerli portağallarda müşahidə olunmur.

 

Tacxeber.com xəbər verir ki, Baku TV-nin əməkdaşı bunu sakinlər arasında əyani sınaqdan keçirib.

 

Onlardan biri qarşılaşdığı mənzərə qarşısında bunları söyləyib:

 

“Belə şey görməmişik. Çox sağ olun ki, biz yatanları oyatdınız, xəstəliyə məruz qala bilərdik”.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, sözügedən rəngin mənşəyini yalnız ciddi laboratoriya araşdırması ilə müəyyən etmək olar:

 

“Ola bilər ki, həmin portağallar müəyyən hibrid və ya yeni yetişdirilmiş sort olsun. Eyni zamanda, bu hal portağalın yetişdirildiyi iqlim şəraitindən də asılı ola bilər və ya ona tez yetişməsi üçün hansısa maddənin vurulması da mümkündür”.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə qeyd edilib ki, məsələ nəzarətə götürülərək araşdırmalara başlanılıb. Nəticələrdən asılı olaraq qanunauyğun tədbirlər görüləcək.

Ətraflı süjetdə:


Tacxeber.com

Oxşar xəbərlər

İcra başçısı kimi 15 ildən çox stajı olan məmurlar – SİYAHI

admin

Trampın inaqurasiyası üçün toplanan məbləğ rekord həddə çatdı- 170 milyon dollar

admin

Azərbaycanda məşhur broyler şirkəti bağlanır.

admin