22 C
Bakı
16 Oktyabr 2026 10:43
DünyaGündəm

“Maskın faşist salamı” – həqiqət başqa imiş… – FOTO

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra çıxış edən milyarder İlon Mask salamı müzakirələrə səbəb olmuşdu.

 

Tacxeber.com xəbər verir ki, buna səbəb isə onun salamlama jestinin nasist salamı kimi dəyərləndirilməsi idi.

 

İctimai fəal Orxan Atabəy ölkəmizdə də müzakirələrə səbəb olan salamlaşma ilə bağlı danışıb. Onun sözlərinə görə, milyarderin hərəkəti heç də nasist salamı deyilmiş:

 

“Bu salamın Hitlerə, nasist Almaniyasına heç bir dəxli yoxdur. Qədim Roma salamlamasıdır. Əl döşə gedir, qarşındakı insana, ya kütləyə açılır, “ürəyim sizinlədir” kimi məna verir.

 

Nasist Almaniyasında isə farağatda düz durursan, birdən əl yuxarı qalxır. İtalyanlardan oğurlayıb, dəyişiblər. Guya o vaxtı germanlar kralı nizə qaldırmaqla qarşılayırdılar. Bunun əvəzinə qol qalxır.

 

Maskın etdiyi salamlama ABŞ-də 1892-ci ildən 1942-ci ilə qədər məktəblərdə tələbələrin bayrağa, dövlətə and içməsi zamanı istifadə edilib”.

 

O.Atabəyin nasist salamlaşmasının bütün dünyada qadağan edildiyini xatırladıb:

 

“Gələk faşist, nasist söhbətinə. Almanların Nasist idealogiyası dünyanın bütün ölkələrində qadağandır. Hitler salamlaması təkcə Hizbullah daxilində istifadə edilir.

 

Faşizm idealogiyasından bir çox terminlərin isə başda Amerika, İtaliya, Polşa, Macarıstan, Braziliya, Argentina olmaqla çox ölkədə istifadəsinə icazə var”.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor