Dünya

Trampdan NATO-ya: Gülməlidir, bu sizin işinizdir

ABŞ kimi digər NATO ölkələri də Ukraynaya dəstəyi artırmalıdırlar və daha çox yük götürməlidirlər.

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp yanvarın 21-də bəyan edib.

 

Tramp bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya NATO-dan daha çox vəsait xərcləyib, amma bu müharibə onlardan çox alyansdakı digər ölkələrə böyük təsir göstərir: “NATO daha çox pul ödəməlidir. NATO 5% ödəməlidir.

Biz Ukrayna münaqişəsinə NATO-dan 200 milyard dollar çox xərcləmişik. Gülməlidir. Çünki bu onlara daha çox təsir edir”.

 

Tramp əlavə edib ki, NATO hesabların bərabər olması üçün Ukraynaya daha çox vəsait ayırmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər

“Bomj” bir neçə gün başqasının pasportu ilə oliqarx kimi yaşayıb – FOTO

redaktor

Britaniya hava eskadronu Fars körfəzinə yola düşüb

admin

İsrail Livanla sərhəddə əhalini təxliyə edir.

admin