DünyaPlanet

“Zəlzələ peyğəmbəri” TARİX VERDİ: “Türkiyədə yenidən 7 bal gücündə…”

"Zəlzələ peyğəmbəri" TARİX VERDİ: "Türkiyədə yenidən 7 bal gücündə..."

2023-cü ilin fevralında Türkiyədə zəlzələ olacağını proqnozlaşdıran hollandiyalı tədqiqatçı, “zəlzələ peyğəmbəri” Frank Huqerbits fevralın sonunda Yaxın Şərqdə güclü zəlzələ proqnozu verib.

 

Tacxeber.com bildirir ki, Huqerbits proqnozunu astronomik müşahidələr əsasında qurur. Belə ki, onun fikrincə, fevralın 24-də Merkuri, Yer və Mars planetləri düzüləcək. Onun nəzəriyyəsinə görə, planetlər arasında cazibə qüvvəsi Yerin daxilində maqma təlatümünə səbəb ola bilər ki, bu da seysmik aktivliyə səbəb olacaq.

 

Xüsusilə Türkiyənin şərqində və İranda Rixter cədvəli üzrə 6-7 bal gücündə zəlzələ riski barədə xəbərdarlıq edir. Bununla belə, Yaxın Şərqin digər regionlarının sakinlərinə də ayıq-sayıq olmaları tövsiyə olunur.

 

Huqerbitsin “SSGEOS” (Günəş Sistemi Həndəsə Tədqiqi) institutuna rəhbərlik etməsinə baxmayaraq, onun metodologiyası mübahisəlidir. Əksər alimlər planetlərin hərəkətinin zəlzələlərə təsiri ilə bağlı fərziyyəni rədd edərək, elmi sübutların olmamasına işarə edirlər.

İsrailli ekspertlər vurğulayırlar ki, mümkün zəlzələlərə hazırlıq astronomik fərziyyələrə deyil, sübut edilmiş geoloji məlumatlara əsaslanmalıdır. (Lent.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Orxan Məmmədlinin yazdığı son məktub “Günahkar…” – VİDEO

redaktor

Su xidməti Bakının niyə susuz qaldığını və hər şeyin nə vaxt normallaşacağını izah edir

redaktor

Zirəddindən 2024-2025-ci illər üçün DƏHŞƏTLİ PROQNOZ – VİDEO

redaktor