16 C
Bakı
27 Sentyabr 2025 04:07
Dünya

Saxlanılan gəmilərimizə görə danışıqlara 3 ölkə qoşulub – RƏSMİ

Eriteriyada gəmilərimizin saxlanılması noyabrdan baş verən prosesdir. Bu barədə ilk məlumat daxil olan kimi Xarici İşlər Nazirliyi ilə müvafiq diplomatik missiyalarımız fəaliyyətə keçdi.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

“Bilirsiniz ki, Azərbaycanın Eriteriyada, Eriteriyanın da Azərbaycanda diplomatik təmsilçiliyi yoxdur. Xarici İşlər Nazirliyi ancaq əlaqələndirilmiş şəkildə həm Nəqliyyat və Yüksək Texnologoyalar Nazirliyi, həm də Xəzər Dəniz Gəmiçiliyi ilə birlikdə müxtəlif diplomatik nümayəndəliklər vasitəsilə fəaliyyətdəyik. Qarşı tərəflə danışıqlar gedir. Həm Moskva, həm Nyu-Yorkun daimi nümayəndəliyi və eyni zamanda, qardaş Türkiyənin orada olan nümayəndəliyi vasitəsilə də təmaslar qurulub. Proses davam edir. Son həftələr ərzində danışıqlarda müsbət dinamikanı görmüşdük. Bizdə olan məlumat o idi ki, bundan öncə rabitə vasitələri yerli hakimiyyət orqanları tərəfindən götürülmüşdü. Sonradan onlar geri qaytarıldı. İşlər davam edir”.

Tacxeber.com

Oxşar xəbərlər

Donetskdə kütləvi məzarlıqda 10 azərbaycanlının meyiti tapıldı – VİDEO

admin

Havada dəhşət: “Boeing 737”-nin təkəri qopdu, belə eniş etdi

admin

Tramp növbəti dəfə İranı təhdid edib

redaktor