24 C
Bakı
26 Sentyabr 2025 14:45
Dünya

Kişilərin nəsli tükənmə təhlükəsi ilə üz-üzə – Bu tarixdən sonra…

Son dövrlərdə aparılan araşdırmalar Y xromosomunun, yəni kişilərin cinsiyyətini müəyyən edən xromosomun bir gün tamamilə yox ola biləcəyi barədə nəzəriyyələr irəli sürüb.

 

Tacxeber.com xəbər verir ki, “BBC Science Focus”a danışan Molekulyar Elm İnstitutu professoru Ceni Qrevs bu genetik itkini Y xromosomunun digər xromosomlarla rekombinasiya edə bilməməsi ilə əlaqələndirib. Rekombinasiya genlərin qarışaraq zərərli mutasiyaların aradan qaldırılmasını təmin edir.

 

Tədqiqatçılar təxminən hesab ediblər ki, kişilərin nəsli tükənməsi təqribən 6-7 milyon il çəkə bilər. Lakin təkamül prosesləri və genetik adaptasiyalar sayəsində kişilərin bu dəyişikliklərə uyğunlaşma potensialı yüksəkdir. Yəni bu müddət ərzində yeni bir cinsiyyət mexanizminin ortaya çıxma ehtimalı böyükdür.

 

Yaxın gələcəkdə olmasa da, milyon illər sonra dünyada bircə kişi belə qalmaya bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Elon Mask Pentaqonu “ələ keçirir” – Senatorlar həyəcan təbili çalır…

redaktor

Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var

redaktor

Marsda həyatın olmasına dair YENİ SÜBUTLAR

redaktor