16 C
Bakı
26 Sentyabr 2025 03:18
Dünya

Kişilərin nəsli tükənmə təhlükəsi ilə üz-üzə – Bu tarixdən sonra…

Son dövrlərdə aparılan araşdırmalar Y xromosomunun, yəni kişilərin cinsiyyətini müəyyən edən xromosomun bir gün tamamilə yox ola biləcəyi barədə nəzəriyyələr irəli sürüb.

 

Tacxeber.com xəbər verir ki, “BBC Science Focus”a danışan Molekulyar Elm İnstitutu professoru Ceni Qrevs bu genetik itkini Y xromosomunun digər xromosomlarla rekombinasiya edə bilməməsi ilə əlaqələndirib. Rekombinasiya genlərin qarışaraq zərərli mutasiyaların aradan qaldırılmasını təmin edir.

 

Tədqiqatçılar təxminən hesab ediblər ki, kişilərin nəsli tükənməsi təqribən 6-7 milyon il çəkə bilər. Lakin təkamül prosesləri və genetik adaptasiyalar sayəsində kişilərin bu dəyişikliklərə uyğunlaşma potensialı yüksəkdir. Yəni bu müddət ərzində yeni bir cinsiyyət mexanizminin ortaya çıxma ehtimalı böyükdür.

 

Yaxın gələcəkdə olmasa da, milyon illər sonra dünyada bircə kişi belə qalmaya bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Vladimir Zelenskidən Vladimir Putinin ünvanına ağır sözlər

redaktor

Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı

redaktor

Levon Ter-Petrosyan: “Ölkəmizi daha acınacaqlı gələcək, partlayış gözləyir”

redaktor