Hadisə

İmişlidə qəza: “Mercedes”i 17 yaşlı yeniyetmə idarə edirmiş

Yanvarın 18-dəb İmişlidə YPX avtomobilinin qarşısına çıxan “Mercedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb.

 

Tacxeber.com trend-ə istinadla xəbər verir ki, avtomobili 2008-ci il təvəllüdlü Bəylər Bayramov idarə edib. Həmin maşın yeniyetmənin dayısına məxsus olub.

 

DİN-in məlumatına görə, xidmətə gedən YPX avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Təcili anamı ölkə xaricinə aparmaq istədim, amma hava limanında öyrəndim ki, ölkədən çıxışıma stop qoyulub

admin

“TikTok”da “işə düzəldirdi” polis saxladı – Video

redaktor

Əziz Orucov haqqında hökm çıxarıldı.

admin